Bağla

Fasad sistemləri

Dekorativ fasad sistemi

İstənilən binanın fasadının keyfiyyətli, uzunömürlü və gözəl xarici işlənməyə ehtiyacı var. Bu mənada binanın üzü çox diqqət tələb edən bir yerdir.  
Fasadın daima ətraf mühit təsirinə məruz qaldığını nəzərə alsaq, üzlənmə sisteminin seçilməsi olduqca vacibdir. Bu səbəbdən rütubətdən  və  küləkdən mühafizəni təmin edən, binanın daxili otaqlarını normal tempuraturda saxlayan və fasadın günəş şüaları təsirindən yanmasına imkan verməyən bir sistem seçmək lazımdır. Ən etibarlı və keyfiyyətli işlənmə  fasad sistemlərindən biri montalamadır. 
Dekorativ fasad sisteminin strukturu
1) Daşıyıcı divar;
2) Nəmdən qoruyan rəng astarı (Binder); 
3) Yapışqan qarışığı;
4) Fasad üçün daş yunu;
5) Boşqabvarı dübel;
6) Fasad üçün şüşə toru; 
7) Suvaq qarışığı;
8) İkinci lay suvaq qarışığı;
9) Künclər gücləndiricisi;
10) Dekorativ işlənmə.