Bağla

Sika

SikaMonotop®- 4012

Qısa məlumat
Sika MonoTop®-4012 AZ sement əsaslı, tək komponentli, aşağı büzülmə xassəli liflə möhkəmləndirilmiş 
təmir qarışımıdır. Tərkibindəki təkrar emal edilmiş tullantılar karbon ayaq izi fəaliyyətlərini azaldaraq ətraf 
mühitə olan zərərli təsirləri azaldır.
İstifadə sahələri
Sika MonoTop®-4012 AZ təcrübəli mütəxəssislər tərəfindən istifadə olunması tövsiyyə olunur. Hər növ 
dəmir -beton konstruksiya və elementlərin təmiri: Binalar, Mühəndislik strukturları Liman betonlarının 
təmiri və bərpası, Su saxlac strukturlarının təmiratında. R4, R3, R2 və ya R1 sinifli təmir materialı tələb 
olunduğunda, Daxili və xarici istifadələrdə. ÜSTÜNLÜKLƏRİ: İstehsal zamanı təkrar emala uyğun 
tullantıdan istifadə. Təbəqə qalınlığı 6–120 mm. Sulfata dayanıqlı, Asan, əl və ya püskürtmə üsulu ilə 
tətbiqi, Çox aşağı büzülmə xassəli. Xüsusi astar tələb etmir, Aşağı su keçiriciliyi , A1 yanğın sinifli ,R4 sinifli 
(EN 1504-3) Bərpa işləri (Prinsip 3, EN 1504-9-un 3.1 və 3.3 metodları). İnfrastruktur və üst quruluşlarda 
çatlamış və zədələnmiş betonun təmiri. Struktur gücləndirmə (Prinsip 4, EN 1504-9 uyğun olaraq metod 
4.4). Qarışım istifadə edərək beton strukturların daşıma qabiliyyətinin artırılması. Passivliyin qorunması və 
ya bərpası (Prensip 7, EN 1504-9 -un 7.1 və 7.2 -ci metodları) - Təmir qarışımı istifadə edərək əlavə örtüyün 
artırılması, çirkinlənmiş və karbonatlaşmış betonun əvəz edilməsi.

Qarışığın hazırlanması
25 kq-lıq torba üçün 3,75 -3,9 litr su (su/toz nisbəti: 0,150 -0,153). Müvafiq qarışdırma qabına/ avadanlığına tövsiyə olunan minimum 
təmiz suyu tökün. Yavaş-yavaş qarışdırarkən, tozu suya əlavə edin və ən azı 3 dəqiqə yaxşıca qarışdırın, lazımı tutarlıqda qarışıq əldə 
etmək və konsistensiyanı uyğunlaşdırmaq üçün bildirilən maksimum su miqdarına qədər su əlavə edin. Hər qarışdırmadan sonra 
tutarlılığı yoxlamaq lazımdır.
Add comment

Add comment

reload, if the code cannot be seen