Bağla

Sika

SikaMonotop®- 620

Qısa məlumat
Sika Monotop®-620 polimer tərkibli, sement əsaslı, tək komponentli səth düzəltmə 
və tamamlama materialıdır. EN 1504-3 standartının R3 sinfi tələblərini cavab verir.

İstifadə sahələri
Sika MonoTop®-620 beton, suvaq və Sika Monotop® çəkilmiş səthlər üzərinə 
düzəltmə və bitirmə qatı olaraq tətbiq edilir. Həmçinin, inşaat elementlərinin divar və 
döşəmələrində incə təmir suvağı olaraq, beton səthlərin hamarlanıb düzəldilməsi 
üçün, səthlərdəki məsamə və boşluqların doldurulması üçün, künc hissələrdə və dərz 
kənarlarında meydana gələn kiçik qırılma və tökülmələrin təmiri üçün istifadə edilir.

Qarışığın hazırlanması
25 kq torba üçün 4,75 – 5,00 litr su istifadə edilməlidir. Su / Toz nisbəti kütlə əsasında 0,19 – 0,20 olmalıdır. Tövsiyyə 
ediləndən artıq su istifadə edilməməlidir. Suyu təmiz qaba tökün. Məhsulu yavaş-yavaş suya əlavə edərək aşağı 
sürətlə qarışdırmağa başlayın. Ən az 3 dəqiqə, homogen məhlul əldə edənə qədər qarışdırın. Məhlula artıq 
miqdarda hava daxil olmasının qarşısını almaq üçün, aşağı sürətli qarışdırıcı (maks. 500 rpm)  istifadə edilməlidir.
Add comment

Add comment

reload, if the code cannot be seen