Bağla

Sika

SikaMonotop®- 610

Qısa məlumat
Sika MonoTop®-610, sement əsaslı, polimer modifikasiyalı, silika dumanı əlavəli, tək 
komponentli , yapışqanlıq artırıcı astar və koroziyaya qarşı qoruyucu örtük məhluludur.
İstifadə sahələri
Yalnız təcrübəli peşəkarlar tərəfindən istifadə olunmalıdır. Beton təmir sisteminin 
yapışqanlıq artırıcı komponentidir. Beton təmir sisteminin, dəmir və armaturların koroziyaya 
qarşı qoruyucu örtük komponentidir. ÜSTÜNLÜKLƏRİ; Asan qarışdırma və istifadə, Beton və 
dəmirə adgeziyası, Su və klorid nüfuzuna qarşı müqavimətli olması Fırça vəya yaş püskürtmə 
üsulu ilə tətbiqə uyğunluq

Qarışığın hazırlanması
25 kq-lıq torba üçün 4,25-4,75 litr su, su/toz nisbəti 0.17- 0.19. Tövsiyyə ediləndən artıq su istifadə edilməməlidir. Suyu təmiz 
qaba tökün. Məhsulu yavaş-yavaş suya əlavə edərək aşağı sürətlə qarışdırmağa başlayın. Ən az 3 dəqiqə, homogen məhlul 
əldə edənə qədər qarışdırın. Məhlula artıq miqdarda hava daxil olmasının qarşısını almaq üçün, aşağı sürətli mikser (maks. 
500 rpm) istifadə edilməlidir
Add comment

Add comment

reload, if the code cannot be seen