Bağla

Sika

Sika® Seal Tape F

Qısa məlumat
Sika® SealTape F, Sika® hidroizolyasiya məhsulları ilə birlikdə istifadə olunan sistem 
komponentidir. Divardivar, divar-döşəmə birləşmələri, boru girişləri, beton 
birləşmələri kimi xüsusi diqqət tələb edən yerlərdə su sızıntısına qarşı istifadə olunan 
elastik izolyasiya lentidir.
İstifadə sahələri
Su izolyasiya materialları ilə birlikdə istifadə olunan elastik birləşmə lenti olaraq: 
Yaşayış və komersiya binalarının sanitar qovşaqlarında, Mətbəx, yuyucuxana, 
soyuducu otaqlarında Üzəri plitə örtüklə bağlanan üzgüçülük hovuzları və su 
anbarlarında; Balkon və teraslarda; Daxili və xarici məkanlarda ÜSTÜNLÜKLƏRİ; 
Yüksək elastiklik; Qırılmaya qarşı dayanıqlılıq; Sürətli və asan tətbiq; Sika® Su 
izolyasiya materialları ilə asan yapışdırılması; Kimyəvilərə dayanıqlığı; Çat körpüləmə 
xassəsi; İzolyasiya bütünlüyünü tamamlaması
Səthin hazırlanması və Tətbiq Metodu
Səth, müqavimətli, təmiz, quru, hər hansı boş və ya kövrək hissəciklərdən, toz, kir, yağ, mum cilası, köhnə təbəqə 
qalıqları, sement şərbəti və digər yapışqanlıq azaldıcı təbəqədən təmizlənməlidir. Yapışmanı yaxşılaşdırmaq üçün 
hamar səthlər yüngülcə kobudlaşdırılmalı və tozdan təmizlənməlidir. TƏTBİQ METODU/ALƏTLƏR Sika® SealTape F 
Lenti Yapışdırıcı kimi istifadə olunan Sika® su izolyasiya məhlulu birləşmənin tərəflərinə fırça, mala və ya şpatel 
vasitəsi ilə çəkilir. Yeni çəkilmiş təbəqə üzərinə Sika® SealTape F lenti yerləşdirilir, yüngül sıxılaraq sabitləşdirilir. 
Lent birləşmələri bir-birinin üzərinə min. 50 mm olaraq qoyularaq yapışdırılır.   Bərkimiş ilk yapışdırıcı qatı üzərinə 
ikinci izolyasiya /yapışdırıcı təbəqəsi çəkilir. Sika® SealTape F Divar yamağı Lent tətbiqi ilə eyni şəkildə yamaq səthə 
yapışdırılır. Boru üzərində ən az 4mm genişlikdə elastik hissə təmas etdirilməlidir. Sika® SealTape F Döşəmə 
yamağı Qaycı və ya kəskin bıçaq vasitəsi ilə uyğun ölçüdə kəsilir, eyni ilə lent tətbiqində olduğu kimi boru üzərinə 
yerləşdirilərək yapışdırılır.
Add comment

Add comment

reload, if the code cannot be seen