Bağla

Maili dam üçün astar izolyasiya qatı

ANDEREP GL PLUS S astar izolasiya qatı

ANDEREP GL PLUS S astar izolasiya qatı
Məhsulun təsviri:
ANDEREP GL PLUS S – mexaniki bərkidilmə ilə tətbiq olunan bitum-polimer əsaslı astar izolasiya qatıdır. Bu material elastik bitum kirəmitinin altına, damın əsas səthinə döşənir. Qatın əsasını şüşə lifli parça təşkil edir. Üst və alt qoruyucu örtüklər – toxunmamış polipropilendir. Üst qoruyucu qatda elastik kirəmitin montajını asanlaşdırmaq və sürətləndirmək məqsədilə işarələmə xətləri mövcuddur. Materialın üzərində silikonlaşdırılmış plyonka ilə qorunan uzununa montaj zolaqları var: üst tərəfdə yapışqan montaj zolağı, alt tərəfdə isə bitum əsaslı montaj zolağı yerləşir.
Tətbiq sahəsi:
Elastik, bitum kirəmitlə örtülən maili dam konstruksiyalarında əlavə astar izolasiya qatı kimi istifadə olunur.
Add comment

Add comment

reload, if the code cannot be seen