Bağla

Texnonikol

AquaMast soyuq tətbiq olunan bitum-rezin əsaslı dam və hidroizolyasiya mastikası

Məhsulun təsviri:
AquaMast soyuq tətbiq olunan bitum-rezin əsaslı dam və hidroizolyasiya mastikası — neft bitumu, üyüdülmüş rezin, texnoloji əlavələr, mineral doldurucular və orqanik həlledicidən ibarət istifadəyə tam hazır materialdır.
Tətbiq sahəsi:
Bütün növ dam örtüklərinin mastik üsulu ilə çəkilməsi və təmiri, torpağa basdırılan konstruksiyaların yüksək keyfiyyətli hidroizolyasiyası üçün nəzərdə tutulub. Quruduqdan sonra geniş temperatur aralığında davamlı, yüksək möhkəmlikdə örtük əmələ gətirir.
Mastika sərfi:
  • Damın hidroizolyasiyası (3 qat) üçün – ən az 3,3 kq/m²;
  • Bünövrələrin hidroizolyasiyası (2 qat) üçün – ən az 2,7 kq/m²;
  • Betonun nəm təsirindən qorunması üçün – ən az 1 kq/m².
Add comment

Add comment

reload, if the code cannot be seen